EN

Bu ölkədə güclü zəlzələ baş verib

Papua-Yeni Qvineyaya aid olan Yeni İrlandiya adasının şərq sahillərində 5,4 maqnitudalı zəlzələ qeydə alınıb.

News24.az-ın məlumatına görə, bu barədə Avstraliya Dövlət Geoloji Bürosu xəbər yayıb.

Məlumata görə, yeraltı təkanların episentri 120 minə yaxın insanın yaşadığı adanın sahillərindən 30 km cənub-şərqdə, zəlzələ ocağı 63 km dərinlikdə yerləşib.

Tələfat və dağıntılar barədə məlumat yoxdur. Sunami təhlükəsi elan olunmayıb. Bakuinfo.net 

Chosen
26
6
bakuinfo.net

7Sources