EN

Trampın komandası Baydenin Ukrayna qərarını tənqid etdi – ÖZƏL

ABŞ-də keçirilən prezident seçkilərində qalib gələn Donald Trampın keçid komandasının kommunikasiya direktoru Stiven Çunq, hazırkı prezident Co Baydenin Ukrayna Silahlı Qüvvələrinə (USQ) uzaqmənzilli silahlarla Rusiyanın ərazilərinə zərbələr endirmək üçün icazə verməsi ilə bağlı bəyanatını şərh edib.

Olaylar.az xəbər verir ki, Çunq, Donald Trampın Ukrayna münaqişəsinin hər iki tərəfini danışıqlar masasına gətirə biləcəyini vurğulayıb. 

"Prezident Tramp seçki kampaniyası zamanı dəfələrlə vurğulayıb ki, tərəfləri sülh üçün yaxınlaşdıra biləcək yeganə şəxs odur," - deyə o, CNN telekanalına açıqlamasında qeyd edib.

CNN-in məlumatına görə, Çunq, Trampın ABŞ hakimiyyətinin qərarından əvvəlcədən xəbərdar olub-olmaması ilə bağlı suala cavab verməyib. O həmçinin əlavə edib ki, bu məsələ ilə bağlı rəsmi açıqlamalar yalnız Trampın özü və ya onun səlahiyyətli nümayəndələri tərəfindən veriləcək.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Chosen
14
olaylar.az

1Sources