EN

"Ukrayna tezliklə daha çox ərazi itirə bilər" - Ərdoğan

Ukrayna yaxın aylarda daha da çox ərazi itirə bilər.

"Unikal" xəbər verir ki, bu barədə "Bloomberg" Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğandan sitat gətirib. 

 Qeyd olunur ki, buna görə də Ərdoğan Ukrayna lideri Volodimir Zelenskini dinc danışıqlara razı sala biləcəyinə ümid edir.

"Bloomberg"in məlumatına görə, Ərdoğan Ukraynanın yaxın aylarda ərazi itkiləri ilə üzləşəcəyinə dair müvafiq kəşfiyyat məlumatlarını görüb.

Əvvəllər bildirilirdi ki, Ərdoğan G20 liderlərinin Rio-de-Janeyroda keçirilən görüşündə Ukraynadakı münaqişənin dondurulması planını təklif etmək niyyətindədir.

Chosen
64
50
unikal.az

10Sources