Dünya şöhrətli Hollivud aktrisası Ancelina Coli keçmiş həyat yoldaşı Bred Pittdən olan 16 yaşlı oğlu Knoksla birlikdə mükafatlandırma mərasiminə qatılıb.
OLAY yazır ki, aktrisa oğlu ilə 3 ildən sonra ilk dəfə ictimaiyyət arasına çıxıb.
Coli övladı ilə qırmızı xalı üzərinə çıxaraq kameralara pozalar verib.
Qeyd edək ki, Ancelina Coli və Bred Pitt 2014-2019-cu illərdə evli olublar. Boşanmadan sonra “Chateau Miraval” şərab zavodu məhkəmə çəkişmələrinin əsas mövzusu olaraq qalır. Aktyorların altı övladı var, onlardan üçü övladlığa götürülüb: 19 yaşlı Zahara, 22 yaşlı Maddoks və 20 yaşlı Paks, üçü isə biolojidir: 18 yaşlı Şilo və 15 yaşlı əkizlər Knoks və Vivienne. Pittin bütün qızları onun soyadından rəsmi qaydada imtina ediblər.
![](https://olay.az/uploads/posts/2024-11/savevid_net_467337632_555932260511672_2681571908071095939_n.webp)
![](https://olay.az/uploads/posts/2024-11/savevid_net_467194694_964524145508971_6426841623350407260_n.webp)
![](https://olay.az/uploads/posts/2024-11/savevid_net_467396419_1592773574643091_232274509591890750_n.webp)