EN

Trampın oğlu Bayden adminstrasiyasını tənqid etdi

Donald Trampın oğlu kiçik Tramp Rusiyanın dərinliklərinə zərbə endirilməsinə icazə verənləri axmaq  adlandırıb.

KONKRET.az xəbər verir ki, oğul Tramp  uzaq mənzilli zərbələrə icazə verilməsini 3-cü Dünya Müharibəsinə səbəb ola biləcəyini qeyd edib:

“Hərbi sənaye kompleksinin arsenalında olan bütün silahlar Ukraynaya ötürülür. Atam isə sülhə nail olmaq və insanların həyatını xilas etmək istəyir. Bayden adminstrasiyası artıq 3-cü Dünya Müharibəsinin təməlini qoyub. Biz ölkəmizin itirdiyi trilyonlarla dolların hesanı soruşacağıq”, – deyə o bildirib.

Vəli Həsənoğlu,

KONKRET.az

Chosen
16
konkret.az

1Sources