EN

"Fernandu Santuşun təyinatının səhv olduğunu gördük"

style='margin-bottom:10px;'>

Azərbaycan millisi sabah Millətlər Liqasının qrup mərhələsində son - 6-cı tur matçına çıxacaq. Komanda səfərdə İsveçlə qarşılaşacaq.

Millimizin bunadək keçirdiyi 5 oyundan 4-ü məğlubiyyət, 1-i isə heç-heçə ilə nəticələnib. Beləliklə, millimiz ən zəiflərdən ibarət olan D Liqasına düşməyə çox yaxındır.

Futbol mütəxəssisi Bəxtiyar Musayev milli komandamızın çıxışları haqda QOL.az saytına açıqlama verib.

O, əvvəlcə millimizin Estoniya ilə son oyunu (0:0) barədə danışıb: "Təəssüf ko, çillimiz Estoniya ilə son oyunda da bizi məyus etdi. Həm göstərilən oyun, həm də nəticə ürəkaçan deyildi. Mütləq qələbə qazanmaq lazım idi ki, D Liqasına düşməyək. Amma mərhələ başlayanda hər kəs yuxarı pillədə qərarlaşmağı düşünərkən, millimiz, sonuncu pillədə qərarlaşıb. Ən zəiflər qrupuna düşməyin bir addımlığındayıq. Çox ağır mənzərədir. Millinin baş məşqçisi Fernandu Santuş barədə o, bu vəzifəyə təyin olunduğu zaman da danışmışam. Ona görə artıq bu haqda sadəcə ona demək istərdim ki, təyinayın yanlış olduğunu gördük. Millimiz sonuncu yerdədir".

Mütəxəssis Estoniyaya qarşı matçda real qol epizodlarının az olmasının səbəblərindən də söz açıb: "Estoniya ilə son oyunda ilk 20 dəqiqədən sonra üstünlük bizdə olsa da, real qol şansları yaratmaqda çətinlik çəkirdik. Uzun müddət topa nəzarət bizdə oldu. Amma real vəziyyət bir-iki dənə idi. Onu da onunla əsaslandırıram ki, geriyə, kənara - bir sözlə, lazımsız ötürmələr çox oldu. Bu çıxışımızı heç də qənaətbəxş saymaq olmaz. Təəssüflər olsun ki, nə nəticədə, nə də oyun baxımından heç bir irəliləyişə nail olmamışıq".

B.Musayev İsveçlə sabahkı oyundan gözləntilərindən danışıb: "Son oyunumuz səfərdə İsveç millisinə qarşıdır. Uğurlar arzulayıram. Başqa heç nə deyə bilmərəm. Təəssüf ki, nikbin gözləntim yoxdur. Bu uğursuz oyunlardan sonra səfərdə güclü İsveç millisi ilə qarşılaşacağıq. Təki bəxt yanımızda olsun və kiçik bir möcüzə baş versin ki, qələbə qazana bilək. Amma, heyf ki, bu, real götünmür. Yenə də milli bizim millimizdir. Ona görə uğurlar arzulayıram".

Chosen
32
teleqraf.com

1Sources