EN

Qubada İdman Festivalı başlayır

Bu gündən "İdman Paytaxtı" Quba şəhərində III İdman Festivalına start verilir.

İdman.biz xəbər verir ki, Quba Olimpiya İdman Kompleksində baş tutan festivala 23 idman növü üzrə 100 idmançı (13-15 yaş), eləcə də 34 məşqçi qatılacaq.

Gənclər və İdman Nazirliyi və Bakı Şəhər Halqası Əməliyyat Şirkətinin birgə təşkilatçılığı ilə keçirilən builki festivala Türkiyə və Mərakeşdən də idmançılar qatılacaqlar.

Tədbirdə idmançılara vokal, aktyorluq, rəqs, ingilis dilindən danışıq dərsləri, eyni zamanda hərbi-vətənpərvərlik hazırlığı, skautinq, ilkin tibbi yardım təlimləri təşkil olunacaq. Həmçinin idmançılara “İdman səfirləri” tərəfindən taekvondo, gimnastika, cüdo, futbol və milli idman növləri üzrə ustad dərsləri də keçiriləcək.

Tədbirin proqramına kino axşamları, tonqal ətrafında səmimi görüşlər də daxildir.

22-23 noyabr tarixlərində isə Quba şəhəri, Nizami parkında müxtəlif idman növləri üzrə nümunəvi çıxışlar, eləcə də tanınmış müğənnilərin iştirakı ilə konsert proqramı təşkil olunacaq.

İdman.biz

Chosen
13
idman.biz

1Sources