EN

Bayden icazə verdi, Kim Çen Ina xəbərdarlıq –Ukrayna Kurskda haranı hədəf alacaq?

ABŞ prezidenti Bayden Ukraynaya Rusiya ərazisinin dərinliklərinə uzaq mənzilli raketlərdən istifadə etməyə icazə verib.

Azpost.info bildirir ki, bu barədə “The New York Times” məlumat yayıb.

“Ukrayna yaxın günlərdə Kursk bölgəsinə uzaqmənzilli ATACMS raketləri ilə ilk zərbələri endirməyi planlaşdırır”-deyə mənbələr Reuters agentliyinə bildiriblər.

“The New York Times” qəzetinin yazdığına görə, ATACMS raketləri çox güman ki, ilkin olaraq Rusiyanın qərbindəki Kursk bölgəsində Ukrayna ordusunun mövqelərini qorumaq üçün Rusiya və Şimali Koreya qüvvələrinə qarşı istifadə olunacaq.

ATACMS məsafəsi 190 mil və ya 305 km-dir. Beləliklə, raketlərin atış məsafəsində əvvəllər Ukrayna Silahlı Qüvvələrinin yalnız pilotsuz təyyarələrlə çatdığı bir neçə sahə ola bilər.

Rəsmilər “The New York Times”-a dəyişikliyin müharibənin gedişatını kökündən dəyişdirəcəyini gözləmədiklərini söyləyiblər. Bununla yanaşı siyasət dəyişikliyinin bir məqsədi Şimali Koreyayay onların ordusunun nişangah altında olduğunu, Rusiyaya daha çox qoşun göndərməmək mesajını verməkdir.

Mənbələr bildiriblər ki, Bayden təkcə Kursk bölgəsində yox, Ukraynaya başqa ərazilərə də ATACMS raketlərindən istifadə etməyə icazə verə bilər.

Baydenin Ukraynaya uzaqmənzilli raketlərdən istifadə etməyə icazə verməsi ABŞ-ın hazırkı prezidentinin komandasında fikir ayrılığı yaradıb. Bir sıra ABŞ rəsmiləri bu qərarın Rusiya prezidenti Vladimir Putini ABŞ və onun koalisiya tərəfdaşlarına qarşı qisas almağa sövq edə biləcəyindən qorxduqlarını bildiriblər.
Lakin digər ABŞ rəsmiləri bu narahatlıqların həddən artıq şişirdildiyini deyirlər.

Pentaqondakı bəzi hərbi rəsmilər də ABŞ Ordusunun ATACMS təchizatını məhdudlaşdırdığını əsas gətirərək Baydenin qərarına qarşı çıxıb.

Chosen
9
17
azpost.info

10Sources