EN

İtaliya 41 ildən sonra bu aqibəti yaşadı

Noyabrın 17-də Milanda İtaliya və Fransa yığmaları arasında Millətlər Liqasının A divizionunun 2-ci qrupunun 6-cı turunun oyunu keçirilib. 

Fanat.Az xəbər verir ki, 1:3 hesabı ilə məğlub olan "Skuadra Adzurra" 41 il əvvəl üz verən aqibəti yenidən yaşayıb.

"Opta"-nın məlumatına görə, Appenin təmsilçisi 41 il sonra ilk dəfə evdə keçirdiyi rəsmi oyunda 2 və ya daha çox top fərqi ilə uduzub.

İtaliya yığması sonuncu dəfə 1983-cü il oktyabrın 15-də AÇ-1984-ün seçmə mərhələsi çərçivəsində ev oyununda İsveçə uduzmuşdu (0:3).

Mirağa

Chosen
14
fanat.az

1Sources