EN

KİV: ABŞ Kiyevə Rusiyaya dərin zərbələr endirmək icazəsini üç gün əvvəl verib

KİV: ABŞ Kiyevə Rusiyaya dərin zərbələr endirmək icazəsini üç gün əvvəl verib

Birləşmiş Ştatlar Ukrayna hakimiyyətini ABŞ prezidenti Co Baydenin Rusiya ərazisinə Amerika silahları ilə zərbələr endirməyə icazə vermək qərarı barədə məlumatlandırıb. Bu barədə Axios portalı mənbəyə istinadən məlumat yayıb.Onun sözlərinə görə, Bayden administrasiyası təxminən üç gün əvvəl Baydenin qərarı ilə bağlı məlumatı Kiyevə çatdırıb. İddia olunur ki, söhbət yalnız Kursk vilayəti ərazisinə uzaqmənzilli silahlarla vurulan zərbələrdən gedir.Bundan əvvəl “The New York Times” öz mənbələrinə istinadən yazıb ki, Bayden ATACMS taktiki ballistik raketləri ilə Ukrayna ərazisindən Rusiya Federasiyasının dərinliklərinə zərbələr endirməyə icazə verib. Öz növbəsində, Le Figaro qəzetinin mənbələri iddia edir ki, Fransa və Böyük Britaniya SCALP və Storm Shadow taktiki raketləri ilə hücumlara icazə verib. Vaşinqton, Paris və Londondan hələlik bu məlumatın rəsmi təsdiqi yoxdur.

Chosen
16
44
afn.az

10Sources