EN

UNICEF: Yaşıl və rəqəmsal bacarıqlara dair uşaqlara sərmayə qoymaq vacibdir

Yaşıl və rəqəmsal bacarıqlarla bağlı uşaqlara sərmayə qoymaq hazırda çox vacib məsələdir.

"Report" xəbər verir ki, bunu BMT-nin Uşaq Fondunun (UNICEF) Tərəfdaşlıq üzrə icraçı direktorunun müavini Kitti van der Heyden COP29 çərçivəsində təşkil olunmuş "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" mövzusunda birgə iclasda bildirib.

"Biz "İqlim dayanıqlılığı üçün Bakı İnsan İnkişaf Təşəbbüsü" haqqında birgə bəyanatı və bununla bağlı əsas prinsipləri alqışlayırıq. İnsanın inkişafından danışanda ilk növbədə uşaqlardan başlamalı olduğumuzu xüsusilə vurğulamaq istəyirəm. Uşaqlara sərmayə qoymaq təkcə düzgün deyil, həm də çox vacib məsələdir", - o vurğulayıb.

Qonağın sözlərinə görə, gələcəyə sərmayə qoymaq üçün ilk növbədə uşaqlara sərmayə qoymaq lazımdır: "Onlara yaşıl və rəqəmsal bacarıqlar lazımdır. Qaçılmaz olan keçid üçün gənclərin bacarıqlarını artırmaq insan inkişafının vacib hissəsidir. Bu məsələni gündəmə gətirildiyi üçün COP29 Sədrliyinə təşəkkür etmək istərdim".

Chosen
82
1
report.az

2Sources