EN

“Qarşılıqlı razılıq əsasında komandadan ayrıldım” – “Sabah”ın məşqçisi

“Sabah” qapıçılar üzrə məşqçisi Vitali Kovalyovla yollarını ayırıb.

Bu barədə İdmanxeber.az saytına təcrübli mütəxəssisin özü açıqlama verib. O hər şeyin qaydasında olduğuni və bir çüddət istirahət etmək istədiyini bildirib:

“Qarşılıqlı razılıq əsasında komandadan ayrıldım. 6 ildir ki, belə böyük komandanın bir parçası olduğum üçün “Sabah”a minnətdaram. Hesab edirəm ki, bu illər ərzində biz çox iş görmüşük və müəyyən nəticələr əldə etmişik. Kluba uğurlar arzulayıram və əminəm ki, “Sabah”ı daxili çempionatlarda və beynəlxalq yarışlarda çoxlu qələbələr gözləyir”.

O, özünə yeni təkliflərin olub-olmaması barədə isə belə danışdı:

“İndi istirahət edirəm. Amma yaxın gələcəkdə dəyişikliklər olacağını düşünürəm”.

Həsən Quluzadə

Chosen
21
idmanxeber.az

1Sources