“Roketsan” şirkəti tərəfindən inkişaf etdirilən MAM-T mini ağıllı sursatının və ELÇİN-82 lazer tuşlama dəstinin atış sınağı həyata keçirilib.
Bu barədə “Poliqon” “Roketsan” şirkətinə istinadən xəbər verib.
Bildirilib ki sınaq zamanı “Akıncı” pilotsuz uçuş aparatından atılan bir ədəd MAM-T mini ağıllı sursatı və bir ədəd ELÇİN-82 lazer tuşlama dəsti təyin olunmuş hədəfləri tam dəqiqliklə vurub.