EN

Londonda yaşıl enerji startapı qurmuş azərbaycanlı: COP29 gənclər üçün geniş imkanlar yaradır

COP29 çərçivəsində keçirilən tədbirlər beynəlxalq əməkdaşlıqların qurulması və yaşıl texnologiyalar sahəsində innovativ ideyaların mübadiləsi üçün əvəzsiz bir platformadır.

Bu fikirləri Londonda yaşıl enerji üzrə ixtisaslaşmış “BeWorks Automation” startapının təsisçisi və baş icraçı direktoru, azərbaycanlı Fidan Cavadova COP29-da iştirakı barədə AZƏRTAC-a verdiyi müsahibəsində bildirib.

Fidan Cavadova COP29-un iqlim dəyişikliyi ilə mübarizədə yeni həllərin təqdim edilməsi baxımından böyük əhəmiyyət daşıdığını vurğulayıb. Onun sözlərinə görə, bu platforma, xüsusilə gənc mütəxəssislər və startap qurucuları üçün innovasiya təşəbbüslərini dəstəkləyən geniş imkanlar yaradır.

“COP29-un əhəmiyyəti yalnız tərəfdaşlıqların inkişafı ilə məhdudlaşmır. Bu tədbirlər müxtəlif ölkələrdən gələn mütəxəssislər arasında bilik və təcrübə mübadiləsinə də şərait yaradır”, – deyə Fidan əlavə edib.

O, iqlim texnologiyaları sahəsində startapların artan roluna da diqqət çəkərək, COP29-un sahibkarlara öz layihələrini beynəlxalq səviyyədə tanıtmaq və qlobal auditoriya ilə paylaşmaq üçün unikal imkanlar təqdim etdiyini bildirib. Fidan Cavadova qeyd edib ki, belə tədbirlər, iqlim dəyişikliyinə qarşı mübarizədə texnoloji həllərin inkişafını daha da sürətləndirir.

Chosen
21
3
yeniazerbaycan.com

4Sources