EN

Türkiyədə 16 əyalətə sarı xəbərdarlıq edilib

Şərqi və Cənub-Şərqi Anadolu bölgəsində gözlənilən leysan və sulu qarla əlaqədar 16 vilayət üzrə sarı xəbərdarlıq olunub.

Bakıvaxtı.az "TRT Haber"ə istinadən xəbər verir ki, bununla bağlı Meteorologiya Ümumi Müdirli açıqlama yayıb.

Son proqnozlara görə, ölkə daxilində, Mərmərənin şərqində, Şərqi Aralıq dənizi, Qara dəniz, Şərq və Cənub-Şərqi rayonlarında havanın çox buludlu olacağı və arabir yağış yağacağı gözlənilir.  

Yağıntılar əsasən leysan xarakterlidir. Şərqi Aralıq dənizi sahillərdə şimşək çaxacağı, Şərqi Qara dəniz bölgəsində, Şərqi Anadolunun şimal və şərqində sulu qar və qar  yağacağı proqnozlaşdırılır.

Yağışların Şərqi Aralıq dənizi və Şərqi Anadolunun cənubunda bəzi yerlərdə intensiv olacağı təxmin edilir.

Gülşən Şərif

Chosen
21
1
bakivaxti.az

2Sources