Türkiyədə qeyri-qanuni immiqrantlar saxlanıb.
Bakıvaxtı.az bu barədə yerli mediaya istinadla xəbər verir.
Bildirilib ki, Türkiyə daxilində həyata keçirilən "Kalkan-30" əməliyyatlarında 11-i xarici ölkə vətəndaşı olmaqla 51 miqrant qaçaqmalçılığı təşkilatçısı və 1644 qeyri-qanuni mühacir tutulub.
Əməliyyatlar nəticəsində 17 avtomobil, 3 qayıq, 8 sənədsiz silah və müxtəlif miqdarda narkotik vasitə ələ keçirilib.
Müəyyən edilmiş qeyri-qanuni immiqrantların vətənlərinə qaytarılması üçün prosedurlara başlanılıb.
Nuriyyə Musayeva