EN

DSMF ABŞ-də yerləşən beynəlxalq qurumun müsabiqəsində Qalib mükafatına layiq görülüb

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazilriyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu (DSMF) “Pensiya və İnvestisiya” beynəlxalq qurumunun (ABŞ) müsabiqəsində “Pensiya Fondunun Dizaynı və İslahatları” kateqoriyası üzrə Qalib mükafatına layiq görülüb. 

 

Nazirlikdən Qaziler.az-a bildirilib ki, mükafat bu günlərdə Niderland Krallığının Haaqa şəhərində keçirilən Dünya Pensiya Sammiti çərçivəsində təşkil olunmuş təltifetmə mərasimində DSMF-nin İdarə Heyəti sədrinin müavini Səfər Mehdiyevə təqdim olunub.

 

“Mükəmməllik və İnnovasiya Mükafatları” adlı müsabiqədə müvafiq kateqoriya üzrə DSMF ilə yanaşı, bir sıra ölkələrin (ABŞ, Avstraliya, Kanada, İtaliya, Avstriya, Birləşmiş Krallıq, Makedoniya, Sinqapur, Kipr, Litva, BƏƏ və s.) dövlət və özəl pensiya və sosial sığorta qurumları iştirak edib. Həmin qurumlar arasından DSMF seçilərək Qalib mükafatına layiq görülüb.

 

Sözügedən müsabiqə beynəlxalq platformada qabaqcıl idarəetmə strategiyalarını, iqtisadi və sosial inkişafı, müasir texnologiyalardan istifadə potensialını və davamlı innovasiyaları təşviq etmək məqsədilə keçirilir.

 

Bu mükafat Fondun 2024-cü ildə təltif edildiyi 28-ci, 2021–2024-cü illər ərzində isə 51-ci beynəlxalq mükafatdır.

Chosen
29
3
qaziler.az

4Sources