EN

Hansı BOKT-un istiqrazını almaq daha sərfəlidir? - ƏN GƏLİRLİ 20 BOKT İSTİQRAZI - SİYAHI

Azərbaycanda Bank Olmayan Kredit Təşkilatları – BOKT-təkcə kredit bazarında banklara alternativ deyil, həm də qiymətli kağğızlar bazarının aktiv iştirakçısıdır.

FED.az xəbər verir ki, BOKT-lar mütəmadi olaraq qiymətli kağızlar bazarına istiqrazlar buraxırlar, artıq bəzi BOKT-lar üçün istiqrazlar, əlavə vəsəit cəlb etməyin əsas üsuluna çevrilib.

Təqribi hesablamalara görə, BOKT-ların buraxdığı istiqrazlar qiymətli kağızlar bazarında 30-40 milyon manat arasında dəyişir və onların həcmi artmaqdadır. Hətta bəzi BOKT-lar istiqraz ödənişlərini yeni istiqrazlar buraxılması ilə həyata keçirirlər.

İstiqraz bazarında ən aktiv qurumlardan biri BOKT "International" ASC-dir, bu təşkiat indiyədək 10 milyon manata yaxın istiqraz buraxıb.

FED.az xəbər verir ki, hər bir BOKT üzrə istiqrazların şərtləri – dövriyyədə olması müddəti, illik gəlir dərəcəsi, faiz ödənişi müddətləri və sair fərqlidir.

Bununla yanaşı BOKT-ların istiqraz bazarında orta illik 15% gəlirlilik səviyyəsi formalaşıb. 

İstiqrazları ilə ən yüksək gəlirlilik təklif edən BOKT "International" ASC, BOKT "Finans Kredit" MMC və BOKT “Falkon Finans”-dır – illik 15%-lik gəlirlilik təklif edir.

Hələlik ən gəlirli istiqraz titulu BOKT "International" ASC-nin 2023-cü ilin sonunda buraxılan 5 illik istiqrazlarına aiddir – 5 illik müddətə buraxılan istiqrazın illik 18% gəlirliliyi var.

Manat istiqrazları üzrə ən aşağı aşağı gəlir təklif edən BOKT- isə "EMBAFİNANS" QSC-dır – illik 11,5%. Bu hətta bank əmanətlərindən də aşağı faizdir. Dollar istiqrazlarında isə “FINCA Azerbaijan”-ın illik 9%-lik istiqrazı mövcuddur. İlk baxışda manat istiqrazlarından daha aşağı gəlirlilik təklif etsə də, əslində dollar üçün ən yüksək gəlir alətlərindən biridir.

BOKT adı

İstiqrazın gəlirlilik dərəcəsi

Tədavül müddəti

Nominal qiyməti

Buraxılışın həcmi

Faizlər

Buraxılış tarixi

1

BOKT “İnternational” ASC

15%

24 ay

1 000 AZN

1 000 000 AZN

Aylıq

29.08.2024

2

BOKT “İnternational” ASC

15%

24 ay

1 000 AZN

750 000 AZN

Aylıq

18.11.2024

3

BOKT “İnternational” ASC

15%

24 ay

1 000 AZN

250 000 AZN

Aylıq

07.11.2024

4

BOKT “İnternational” ASC

15%

24 ay

1 000 AZN

250 000 AZN

Aylıq

07.11.2024

5

BOKT “İnternational” ASC

15%

24 ay

1 000 AZN

1 000 000 AZN

Aylıq

19.02.2024

6

BOKT “İnternational” ASC

15%

60 ay

1 000 AZN

1 000 000 AZN

Aylıq

08.02.2024

7

BOKT “İnternational” ASC

13%

18 ay

1 000 AZN

1 000 000 AZN

90 gün

15.01.2024

8

BOKT “İnternational” ASC

13%

18 ay

1 000 AZN

1 000 000 AZN

90 gün

15.01.2024

9

BOKT “İnternational” ASC

18%

60 ay

1 000 AZN

1 000 000 AZN

Aylıq

30.12.2023

 

 

 

 

 

 

 

 

10

BOKT "Finans Kredit" MMC

15%

24 ay

1 000 AZN

200 000 AZN

Aylıq

12.07.2024

11

BOKT "Finans Kredit" MMC

15%

24 ay

1 000 AZN

300 000 AZN

Aylıq

29.10.2024

 

 

 

 

 

 

 

 

12

BOKT "Effektinvest" MMC

14%

60 ay

1 000 AZN

500 000 AZN

Aylıq

15.05.2024

13

“Kəpəz” BOKT MMC

14%

60 ay

1000 AZN

500 000 AZN

Aylıq

27.05.2024

 

 

 

 

 

 

 

 

14

“Kredaqro” BOKT MMC

14%

24 ay

100 AZN

500 000 AZN

90 gün

12.10.2023

 

15

“Kredaqro” BOKT MMC

14%

24 ay

100 AZN

500 000 AZN

90 gün

12.10.2023

 

 

 

 

 

 

 

 

 

16

BOKT “Viator Mikro Kredit Azərbaycan” MMC

14%

18 ay

1 000 AZN

500 000 AZN

90 gün

09.07.2024

17

“İcraçı Kredit Agentliyi” MMC BOKT

14%

24 ay

200 AZN

58 000 AZN

Aylıq

08.04.2024

18

“FINCA Azerbaijan”

9%

18 ay

1 000 USD

2 500 000 USD

90 gün

09.07.2024

19

BOKT “Embafinans” QSC

11,5%

18 ay

1 000 AZN

1 500 000 AZN

Aylıq

01.03.2024

20

BOKT “Falkon Finans” QSC

15%

18 ay

1 000 AZN

400 000 AZN

Aylıq

06.11.2024

 

Chosen
19
1
fed.az

2Sources