EN

AÇG və “Şahdəniz”dən hasil olunan neft və qazın həcmi açıqlanıb

“Azəri-Çıraq-Günəşli” (AÇG) və “Şahdəniz” yataqları istismara veriləndən 01 noyabr 2024-cü il tarixinədək burada 646,6 mln. ton neft (qaz kondensatı ilə birlikdə), 459,2 mlrd. kubmetr qaz hasil edilib.

Energetika Nazirliyindən “APA-Economics”ə verilən məlumata görə, hesabat dövründə AÇG-dən 598,7 mln. ton neft, 227,3 mlrd. kubmetr qaz, “Şahdəniz”dən isə 47,9 mln. tona yaxın kondensat, 231,9 mlrd. kubmetr qaz çıxarılıb.

“Bu yataqlardan 01 noyabr 2024-cü il tarixinədək 644,7 milyon ton neft və 165,8 milyard kubmetr qaz ixraca nəql edilib”, - məlumatda qeyd olunur.

Chosen
14
apa.az

1Sources