EN

G20-də Ərdoğanın əsas gündəmi nədən ibarətdir?

Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın Braziliyada keçiriləcək iyirmilik qrupunun (G20) sammitində prioriteti Rusiya-Ukrayna münaqişəsinin həlli olacaq.

"Operativ Məlumat Mərkəzi-OMM" xəbər verir ki, bu barədə RİA Novosti-yə türk diplomatik mənbəsi bildirib.

Ukraynada həll məsələsi Türkiyə prezidenti ilə dünya liderləri arasında Braziliyada keçirilən G20 də daxil olmaqla bütün beynəlxalq platformalarda aparılan danışıqların əsas gündəliyindədir. Dəfələrlə qeyd edildiyi kimi, bu, Türkiyənin xarici siyasətinin prioritetidir.

Onun sözlərinə görə, Ərdoğanın əsas vəzifəsi münaqişələri dayandırmaq və davamlı atəşkəsi təmin etməkdir.

Chosen
24
operativmm.az

1Sources