EN

Biden Ukraynanın Rusiyaya uzaqmənzilli raket zərbələri endirməsinə icazə verib

Prezident Joe Biden Ukraynanın Rusiya ərazisinə ABŞ-ın verdiyi uzaqmənzilli raketlərlə zərbə endirməsinə icazə verib.

ABŞ rəsmisi BBC-nin ABŞ-dakı tərəfdaşı CBS-yə ölkə siyasətində böyük dəyişiklik olan bu qərarı təsdiqləyib.

Ukrayna Prezidenti Volodymyr Zelensky aylardır ki, ATACMS kimi tanınan raketlərə qoyulan məhdudiyyətlərin götürülməsinə - Kiyevin öz sərhədlərindən kənarda zərbələr endirməsinə icazə verilməsinə çağırır.

Rusiya Prezidenti Vladimir Putin bundan əvvəl Qərb dövlətlərini belə bir addımla bağlı xəbərdarlıq etmiş və bunun NATO hərbi alyansının Ukrayna müharibəsində “birbaşa iştirakı” kimi qəbul olunacağını bildirmişdi.

Hələlik Putin bazar günü yayılan xəbərləri şərh etməyib. Lakin digər yüksək vəzifəli Kreml siyasətçiləri bunu ciddi eskalasiya kimi qiymətləndirib.

Adı açıqlanmayan ABŞ rəsmiləri “New York Times” və “Washington Post”-a bildiriblər ki, Biden-in Ukraynanın ATACMS-dən istifadəsini təsdiqləməsi Rusiyanın Şimali Koreya əsgərlərinin Ukraynada döyüşməsinə icazə vermək qərarına cavabdır.

Chosen
43
24
bbc.com

10Sources