EN

Azərbaycandan Avropaya qaz satışı 8,6 faiz artıb

Bakı. Trend:

Cari ilin yanvar-oktyabr ayları ərzində Azərbaycandan xaricə qazsatışı 20,7 milyard kubmetr təşkil edib ki, bu da ötən ilin müvafiqdövrü ilə müqayisədə 4,6 faiz çoxdur.

Trend xəbərverir ki, bu barədə məlumat Azərbaycan Respublikası EnergetikaNazirliyinin açıqladığı 10 ayın neft-qaz göstəricilərində yeralıb.

Məlumata görə, qeyd olunan dövrdə Avropaya 10,6 milyard kubmetr,Türkiyəyə 8,2 milyard kubmetr, Gürcüstana isə 1,9 milyard kubmetrqaz satılıb.

Bununla da il ərzində Avropaya qaz satışı 8,6 faiz və ya 800milyon kubmetr, Türkiyəyə isə 1,3 faiz və ya 100 milyon kubmetrdaha çox qaz satışı həyata keçirilib. Gürcüstana qaz satışıdəyişməz olaraq qalıb.

Türkiyəyə TANAP-la bu müddətdə 4,7 milyard kubmetr qaz nəqlolunub.

Məqalədə:
Chosen
12
12
az.trend.az

10Sources