EN

Azər Əmiraslanov: "Gələn il büdcədə sosial xərclərin payı 41 % olacaq"

2025-ci ildə Azərbaycanın dövlət büdcəsində sosial xərclərin payı 41 % təşkil edəcək.

"Report" xəbər verir ki, bunu Milli Məclisin İqtisadi siyasət, sənaya və sahibkarlıq komitəsinin bu gün keçirilən iclasında - "2025-ci il dövlət büdcəsi haqqında" qanun layihəsi ilə bağlı müzakirələrdə Komitənin sədri Azər Əmiraslanov bildirib.

"Növbəti illərdə də sosial istiqamət büdcədə prioritet olacaq", - deyə o qeyd edib.

Xatırladaq ki, gələn il büdcə gəlirlərinin 38 milyard 316 milyon manat (bu ilin təsdiq olunmuş proqnozuna nisbətən 5,3 % çox), xərclərinin isə 41 milyard 367,6 milyon manat (4,1 % çox) olacağı gözlənilir. Son nəticədə büdcədə 3 milyard 51,6 milyon manat kəsir yaranmalıdır. Bu isə illik müqayisədə 9 % azdır.

Chosen
16
22
report.az

10Sources