EN

Kuzey Kıbrıs Türk Cümhuriyyətində müstəqillik bayramı

Artıq 41 ildir ki, 15 noyabr günü Kuzey Kıbrıs Türk Cümhuriyətində (KKTC) Mulli müstəqilkik günü kimi qeyd olunur. Milli Məclis üzvləri Cavanşir Feyziyev və Tural gəncəliyev KKTC quruluşunun 41- ci ildönümü münasibəti ilə təşkil olunmuş tədbirlərdə iştirak etmək üçün Kiprdə səfərdə olublar.
 
14 noyabr tarixində KKTC Prezidenti cənab Ersin Tatar Azərbaycan millət vəkillərini qəbul edib. Bayram tədbirlərində iştirak etmək üçün ölkəyə gəlmiş millət vəkillərini öz iqamətgahında salamlayan cənab Tatar KKTC- nin Türk Dövlətləri Təşkilatına müşahidəçi üzv qəbul edilməsi zamanı göstərdiyi dəstəyə və sonrakı dövrdə TDT- nın bütün tədbirlərinə qatılmaq üçün aldığı dəvətlərə görə bir daha Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevə minnətdarlığnı dilə gətirib. Ölkə başçısı Kipr türkləri üçün belə bir tarixi gündə bayram tədbirlərinə qatıldıqları üçün Azərbaycan millət vəkillərinə təşəkkürlərini ifadə edib. Azərbaycan -KKTC Parlamentlər arası İşçi qrupunun rəhbəri Cavanşir Feyziyev Milli Məclisin sədri Sahibə xanım Qafarovanın salamlarını və təbriklərini ölkə başçısına çatdırıb, Kipr Türk xalqını Müstəqillik günü münasibətilə təbrik edib.
 
Azərbaycan millət vəkillərinin növbəti görüşü elə həmin gün Kıbrıs Türk Cümhuriyyəti Məclisində baş tutub. Cumhur Məclisi başkanı cənab Ziya Öztürkler Azərbaycan nümayəndə heyətini salamlayaraq Müstəqillik günü ərəfəsində belə bir səfərin baş tutmasından məmnunluğunu bildirib. Deputatlar C. Feyziyev və T. Gəncəliyev Cumhur Məclisi başkanı Ziya Öztürkleri yeni Məclis başkanı seçilməsi münasibətilə təbrik edib və Müstəqillik günü münasibətilə Kıbrıs türk xalqına təbriklərini səsləndiriblər. Parlamentlər arası əlaqələrin inkişafına xüsusi önəm verdiyinə görə Məclis başkanına minnətdarlıq bildiriblər.
Daha sonra Azərbaycan millət vəkillərini KKTC- nin Baş naziri cənab Ünal Üstel və KKTC Xarici İşlər naziri cənab Tehsin Ertuğruloğlu qəbul edib. Görüşlərdə iki ölkə arasında dostluq və qardaşlıq münasibətlərinin daha da inkişaf etdiriləcəyinə əminlik ifadə olunub. KKTC Xarici İşlər naziri cənab Ertuğruloğlu Azərbaycan Xarici işlər naziri Ceyhun Bayramovla görüşlərini məmnunluqla xatırladaraq Azərbaycan, Türkiyə və KKTC arasındakı münasibətləri “ Bir millət, üç dövlət” münasibətləri kimi dəyərləndirib.
 
14 noyabr günü axşam saatlarında Kuzey Kıbrıs Türk Cümhuriyyətinin Məclis başkanı müstəqilliyin 41- ci ildönümü münasibətilə ölkəyə gəlmiş xarici nümayəndə heyətlərinin şərəfinə təntənəli ziyafət verib .
15 noyabr günü çoxsaylı tədbirlərlə yadda qalıb. Deputatlarımız səhər tezdən Cümhuriyyət qurucularının abidəsi önünə əklil qoyulması tədbirində iştirak ediblər. Bayram təntənələri şəhərin mərkəzi meydanında parad keçidləri ilə davam etdirilib. Daha sonra millət vəkilləri F-16 qırıcılarının iştirakı ilə keçirilən, ölkə başçısının və ictimaiyyətin də qatıldığı hava şousuna tamaşa ediblər.
 
15 noyabr axşamı millət vəkillərimiz Müstəqillik günü münasibətilə Şimali Kipr Türk Cümhuriyyətinin prezidenti cənab Ersin Tatar tərəfindən verilən rəsmi ziyarətə qatılblar. Rəsmi ziyafətdə Azərbaycan millət vəkilləri Türkiyə Cümhuriyyətinin vitse-prezidenti cənab Cevdet Yılmazla görüşüblər.
 
16 noyabr tarixində Azərbaycan nümayəndə heyətləri üçün təşkil olunmuş mədəni proqram çərçivəsində deputatlar Kipr Türk Cümhuriyyətinin tarixi-mədəni irsi ilə tanış olublar.
 
17 noyabrda Azərbaycan Milli Məclis üzvlərinin Kuzey Kıbrıs Türk Cümhuriyyətinə səfəri başa çatıb.
 

 

 
Chosen
17
6
moderator.az

7Sources