EN

Güneyli ekoloq Urmu gölü ilə bağlı xəbərdarlıq etdi

Güneyli

Yaxınlıqdakı su hövzələrindən milyardlarla kubmetr suyun köçürülməsi belə Urmu gölünnün davamlı bərpasına gətirib çıxara bilməyəcək.

Gunaz.tv

Bu sözləri güney azərbaycanlı ekoloq Əhməd Baybordi deyib.

O, ekoloji problemin həlli üçün buxarlanmaya nəzarət etmək və regionda əkinçilik sisteminin dəyişdirməsi üçün daha kompleks tədbirlərin həyata keçirilməsnin vacibliyini bildirib.

Ekoloqun bu fikirləri, Urmu gölü ilə bağlı son peyk görüntülərinin yayılmasından və görüntülərə əsasən göldə ekoloji problemin dəyişilməz qalamasından sonraya təsadüf edir.

Qeyd edək ki, son məlumatlara görə, son mövsimi yağışlara baxmayaraq, hazırda Urmu gölündə olan su həcmi 1 milyar 170 milyon kubmetrdir.

Urmu gölünün minimum ekoloji su həcmi 15 milyard kubmetr, maksimum ekoloji su həcmi isə 30 milyard kubmetr, minimum ekoloji sahəsi isə 4635 kvadrat kilometr olmalıdır.

Chosen
16
1
xalqcebhesi.az

2Sources