EN

Umayra Tağıyeva: Xəzərin dayazlaşması ciddi ekoloji və iqtisadi risklər yaradır...

Xəzər regionu zəngin biomüxtəlifliyi və ekosistemi ilə unikal təbii mühiti təmsil edir....

Poliqon xəbər verir ki, bunu ekologiya və təbii sərvətlər nazirinin müavini Umayra Tağıyeva “İqlim dəyişikliyi fonunda Xəzər dənizində su səviyyəsinin azalması” adlı tədbirdə bildirib.

O qeyd edib ki, son onilliklərdə Xəzər, ciddi ekolojiməğ problemlərlə üzləşib: “Dənizin səviyyəsi müşahidələr tarixində ən aşağı həddə yaxındır”.

"Ekstremal hava hadisələri, təbii fəlakətlərin tezliyinin artması və biomüxtəliflikdəki dəyişikliklər - bütün bunlar yeni reallıqlara uyğunlaşmaq üçün birgə səylər tələb edir. Son 30 ildə Xəzərin səviyyəsi təxminən 2,5 m azalıb. Son illərdə isə illik azalma həyəcan doğuran 20-30 santimetrə çatıb. Bu sürətli dayazlaşma təcili tədbirlər tələb edən ciddi ekoloji və iqtisadi risklər yaradır", - U.Tağıyeva bildirib.

Poliqon.info

Chosen
30
11
poliqon.info

10Sources