EN

“İndiyə qədər demirdim…” – Pərvin hansı xəstəlikdən ƏZİYYƏT ÇƏKİR?

 

“Baxırsan Amerikaya, aktrisalar, aktyorlar milyonlar qazanır. Amma bizdə aktyor və aktrisalar çox kasıbdır”.

Yenicag.az xəbər verir ki, bu sözləri tanınmış aktrisa Pərvin Abıyeva “Pərvizə görə” verilişində deyib.

Azərbaycanda aktyor və aktrisaların film və seriallara ucuz qiymətə çəkildiyini söyləyən Pərvin ölkəmizdə çəkilən film və serialları ABŞ kino sənayesi ilə də müqayisə edib.

O, həmçinin setlərdə verilən keyfiyyətsiz qidalara görə mədənisinin xəstə olduğunu bildirib:

“Baxırsan Amerikaya, aktrisalar, aktyorlar milyonlar qazanır. Amma bizdə aktyor və aktrisalar çox kasıbdır. Xalq artistləri, əməkdar artistlər nə etsin?! İstəmirəm, sənəti ucuzlaşdıraq. Təklif edirəm bütün aktyorlara ki, hər filmə çəkilməsinlər, qonorar qiymətlərini qaldırsınlar. Setlərdə verilən yeməklər ancaq dönər, kolbasa-çörək, mənşəyi bilinməyən yağlarla bişirilən yeməklər, pirojki və s. Aktyorların yığışıb dincələ biləcəyi bir məkan da yoxdur. Bu insan sağlamlığına ziyandır axı. İndiyə qədər demirdim, amma mədəm və qida borum xəstədir. Çəkilişlərdə verilən o yeməklər, yuxusuz gecələr sağlamlığa, dəriyə, saça təsir edir. Nəticədə tez qocalırsan”.

Nehru

Chosen
14
yenicag.az

1Sources