EN

PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” əmlak sığortası məhsulunun Korporativ Sosial Məsuliyyət proqramı çərçivəsində ağacəkmə aksiyası təşkil edib

Şəhərimizin yaşıllaşdırılmasına töhfə vermək məqsədi ilə yola çıxan PAŞA Sığorta şirkəti “Yaşıl Bakı” əmlak sığortası üzrə başladığı korporativ sosial məsuliyyət çərçivəsində növbəti dəfə ağacəkmə aksiyası keçirib.

Bu barədə Fins.az-a şirkətdən məlumat verilib.

Yasamal rayon ərazisində baş tutmuş tədbirdə “Yaşıl Bakı” sığortasını əldə etmiş PAŞA Sığorta müştəriləri və könüllü əməkdaşlar tərəfindən 100-dən çox cökə, çinar və zeytun ağacları əkilib. Aksiyaya həmçinin Yasamal rayon İcra Hakimiyyəti nümayəndəliyi də qatılmış, könüllülərlə birlikdə ağac əkib. Fəaliyyəti ilə nümunə olmağa davam edən PAŞA Sığorta şirkətinin aksiyanı keçirməsində məqsədi ağac əkməklə ekoloji tarazlığın bərpasına, ətraf mühitin qorunmasına kömək etmək, atmosferi oksigenlə zənginləşdirməkdir. “Yaşıl Bakı” əmlak sığortası məhsulu ilə müştərilərinə həm əmlaklarını sığortalamağa, həm də doğma şəhərimizə ağac hədiyyə etməyə imkan yaradıb. 
 
Qeyd edək ki, “Yaşıl Bakı” daşınmaz və daşınar əmlakın icbari və könüllü sığorta məhsuludur. Çinar, Cökə və Zeytun paketlərindən ibarət olan bu məhsulun əsas özəlliyi hər üç paketin tariflərinin öncədən müəyyən olunmasıdır ki, bu da hər kəsə özünə uyğun sığorta paketi seçimi etməyə imkan verir. Belə ki, Çinar paketinin sığorta haqqı 99 AZN, Cökə paketinin 149 AZN, Zeytun paketinin isə 199 AZN təşkil edir. Paketlər bir-birindən təminat şərtlərinə görə fərqlənir.

PAŞA Sığorta şirkəti 2006-cı ildən fəaliyyət göstərir. “PAŞA Holding” qrupunun üzvü olan “PAŞA Sığorta” 700 000-ə yaxın korporativ və fərdi müştərisinə 36 növ könüllü və icbari sığorta üzrə xidmət göstərir. Şirkət kapitalının, sığorta yığımlarının, sığorta ödənişlərinin həcmi və digər göstəriciləri ilə sığorta bazarının lider və ən böyük sığorta şirkətlərindəndir.
 

 

Zemfira Ms
Fins.az

                            

 

Chosen
9
1
fins.az

2Sources