EN

Baydenin Rusiya qərarının PƏRDƏARXASI

ABŞ Prezidenti Co Bayden səlahiyyət müddətinin lap sonunda Kiyevin ondan aylardır tələb etdiyi şeyi etdi. 

O, Rusiya ərazisinə ATACMS ballistik taktiki raketlərlə zərbələr endirmək qadağasını ləğv etdi. Bu barədə bir neçə Amerika qəzeti və televiziya şirkəti Bayden administrasiyasındakı anonim həmsöhbətlərə istinadən məlumat yayıb.

“Cebheinfo.az” xəbər verir ki, bazar günü Baydenin qərarını ilk xəbər verənlər “New York Times” və “Washington Post” oldu. Sonra CNN və CBS eyni məlumatı yaydılar.

Qəzetlərin anonim həmsöhbətləri bildiriblər ki, Bayden bu qərarı Kursk bölgəsində Rusiyaya kömək üçün Şimali Koreya qoşunlarını göndərməsinə cavab olaraq verib.

Rəsmilərdən biri deyib ki, bu addım qismən Pxenyanı əlavə qoşun göndərməkdən çəkindirmək məqsədi daşıyır: 

“Şimali Koreya lideri Kim Çen In başa düşməlidir ki, ilk bölmələrin göndərilməsi baha başa gələn səhvdir”.

İndiyədək Vaşinqton Rusiya ərazisinə raket hücumlarına icazə vermək istəmədiyini eskalasiyadan qorxduğu ilə izah edirdi. CNN bildirir ki, Rusiya, ABŞ və digər NATO ölkələrinin fikrincə, məsələn, öz ərazisində təxribatla cavab verə bilər.

Amerika qəzetlərinin həmsöhbətlərinin dediklərinə əsasən, bu narahatlıqlar hələ də qalmaqdadır. Məlumata görə, bu səbəbdən Baydenin icazəsi ilə raketlərdən istifadənin nəticələri “çox konkret və məhdud” olacaq.

Adının açıqlanmasını istəməyən Kiyevdəki qərb diplomatı BBC-yə deyib: "Mən bu icazənin həlledici olacağını düşünmürəm Bu, payı artırmaq və vaxtı çoxdan çatmış Ukraynaya hərbi dəstək nümayiş etdirmək üçün simvolik qərardır. Bu, Rusiya üçün müharibə xərclərini artıra bilər”.

BBC xəbər verir ki, Co Bayden administrasiyası bu addımı Ukraynaya gələcək mümkün danışıqlarda güclü sövdələşmə vasitəsi kimi nəzərdə tutub. Başqa sözlə, bu, Ukraynaya hazırda tutduğu kiçik Rusiya ərazisini saxlamağa kömək edəcək.

Chosen
23
50
cebheinfo.az

10Sources