EN

Azərbaycanda minimum maaş nə qədər artıb - İllər üzrə göstəricilər?

Minimum aylıq əməkhaqqı işçinin əməyinə görə ona ödənilən maaşın ən aşağı pilləsidir.

Valyuta.az-ın məlumatına görə, minimum aylıq əməkhaqqı siyasətinin dəstəkçiləri iddia edirlər ki, bu siyasət işçilərin həyat şəraitini yüksəldir, yoxsulluq səviyyəsini azaldır və biznesin effektli olması yönündə stimul yaradır. Ancaq digər iqtisadçılara görə isə əslində minimum əmək haqqı siyasəti faktiki olaraq yoxsulluq səviyyəsini yüksəltməsi , işsizlik səviyyəsini yüksəltməsi və biznes aktivliyinə ziyan olması yönündə tənqid edilir.

Azərbaycanda minimum əməkhaqqı – qanunvericiliklə ixtisassız əməyə və xidmətə görə aylıq əməkhaqqının ən aşağı səviyyəsini müəyyən edən sosial normativdir. Azərbaycanda minimum əməkhaqqı ölkə prezidenti tərəfindən təyin olunur.

Azərbaycanda minimum əməkhaqqının dəyişmə dinamikası:

2006-cı ilin oktyabrından - 30 AZN
2007-ci ilin fevralından - 50 AZN
2008-ci ilin yanvarından - 60 AZN
2008-ci ilin avqustundan - 75 AZN
2010-cu ilin sentyabrından - 85 AZN
2011-ci ilin dekabrından - 93,50 AZN
2013-cü ilin sentyabrından - 105 AZN
2017-ci ilin yanvarından - 116 AZN
2018-ci ilin yanvarından - 130 AZN
2019-cu ilin martından - 180 AZN
2019-cu ilin sentyabrından - 250 AZN
2022-ci il yanvarın 1-dən - 300 AZN
2023-cü il yanvarın 1-dən - 345 AZN

“Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsinə rəyində əksini tapan məlumata görə, gələn il Azərbaycanda minimum əməkhaqqı 400 manat olacaq.

Əvəz Həsənov

Chosen
17
valyuta.az

1Sources