EN

Almaniya səhiyyəsi ixtisaslı kadr çatışmazlığı ilə üzləşib

Almaniyanın səhiyyə sektoru son illər ixtisaslı kadrların çatışmazlığı problemi ilə üzləşib.

AZƏRTAC xəbər verir ki, bu barədə Almaniya İqtisadiyyat İnstitutunun dərc etdiyi araşdırmada deyilir. Tədqiqata əsasən, 2023-cü ilin iyulundan 2024-cü ilin iyununa qədər səhiyyə sektorunda təxminən 47 min 400 vakansiyanı təmin etmək mümkün olmayıb.

Bildirilir ki, fiziki terapiya sahəsində təxminən 11 min 600 vakansiya var. Stomatoloq və tibb bacılarına tələbat isə müvafiq olaraq 7340 və 7100 nəfər təşkil edir. Əhalinin qocalması tibbi xidmətlərə ehtiyacın artmasına səbəb olur ki, bu da mövcud ixtisaslı işçilərin yükünü artırır.

Məlumata görə, Almaniyada 2023-cü ilin iyulundan 2024-cü ilin iyununa qədər bütün sektorlarda ixtisaslı işçi çatışmazlığı 530 min nəfərdən çox olub.

1Sources