EN

Qəza zamanı sağ qalmaq ehtimalı az olan 5 avtomobil

ABŞ-ın araşdırma şirkəti olan "iSeeCars" ən təhlükəli beş avtomobilin adını çəkib

Ölkə.az lent.az-a istinadən bildirir ki, "iSeeCars" tədqiqat şirkəti sürücülərinin ağır nəticələrlə üz-üzə qaldığı qəzalara məruz qoyan ən təhlükəli avtomobillərin reytinqini tərtib edib.

Şirkətin araşdırmalarına görə avtomobilin sürücüsü və sərnişinlərinin sağ qala bilməyəcəyi qəza ehtimalı "Hyundai Venue" krossoverlərində, "Chevrolet Corvette" və "Porsche 911" idman avtomobillərində, həmçinin kompakt "Mitsubishi Mirage" avtomobilləri və Honda CR-V krossoverinin hibrid versiyası üçün ən yüksəkdir.

Baxmayaraq ki, onlar qabaqcıl sürücüyə yardım sistemləri ilə təchiz olunublar artan risk altında hesab edilən 23 nəqliyyat vasitəsinə iki Tesla modeli; Model Y və Model S də daxildir. Bu siyahıda həmçinin Kia Forte, Seltos, K5 və Soul kimi avtomobillər də var.

Chosen
17
9
olke.az

10Sources