EN

Türkiyə Bakı Qlobal İqlim Şəffaflığı Platformasının işə salınmasını dəstəkləyir

Türkiyə COP29 Sədrliyinin Bakı Qlobal İqlim Şəffaflığı Platformasının (BTP) işə salınması təşəbbüsünü dəstəkləyir.

“İki sahil” xəbər verir ki, bu barədə Türkiyənin İqlim Dəyişmələri İdarəsinin rəhbəri professor Xəlil Hasar COP29 çərçivəsində keçirilən nazirlərin iştirakı ilə “Qlobal iqlim şəffaflığı üzrə nazirlərin dəyirmi masası”nda deyib.

“Türkiyə İnkişaf etməkdə olan ölkələrə və tərəflərə Artırılmış Şəffaflıq Çərçivəsinin həyata keçirilməsində lazımi dəstəyi təmin etmək məqsədi daşıyan Bakı Qlobal İqlim Şəffaflığı Platformasının işə salınması ilə bağlı COP29 Sədrliyinin təşəbbüsünü dəstəkləyir. Bakı Qlobal İqlim Şəffaflığı Platforması çərçivəsində hesabat prosesi zamanı əldə etdiyimiz təcrübələri bölüşməkdən məmnun olarıq”, - deyə Xəlil Hasar əlavə edib.

Türkiyəli nazir bildirib ki, həmçinin iqlim dəyişikliyinin azaldılması səylərini hüquqi çərçivədə müəyyən etmək, emissiya ticarəti sistemini işə salmaq üçün iqlim layihəsi hazırlanıb: “Biz ədalətli keçidi nəzərə alaraq yaşıl transformasiya üçün sektoral infrastruktur üzərində işləyirik. COP29-dan əvvəl ilk yekun şəffaflıq hesabatımızı tamamlamaqdan və təqdim etməkdən məmnunuq”.

Chosen
42
1
ikisahil.az

2Sources