EN

Dövlət Sosial Müdafiə Fondunun gəlirləri və xərcləri 10 faizdən çox artırılır

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



2025-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun (DSMF) gəlirlərinin 7 milyard 676,4 milyon manat təşkil edəcəyi gözlənilir.
"Report" xəbər verir ki, bu, Fondun 2025-ci il büdcəsi haqqında qanun layihəsində öz əksini tapıb.
Sənədə əsasən, bu, 2024-cü ilin təsdiq olunmuş proqnozu ilə müqayisədə 10,45% çoxdur.
DSMF-nin gəlirlərinin 7 milyard 617.4 milyon manatı onun büdcə gəlirləri (13.3% çox), 59 milyon manatı isə Fondun 2025-ci il yanvarın 1-nə yaradılacaq ehtiyatı (74% az) hesabına formalaşdırılmalıdır.
Büdcə gəlirlərinin strukturunda əsas yeri həmişəki kimi məcburi dövlət sosial sığorta haqları tutacaq. Gələn il bu istiqamətdə daxilolmaların bu ilə nisbətən 9.5% çox - 5 milyard 997.4 milyon manat olacağı proqnozlaşdırılır. O cümlədən, büdcədən maliyyələşən təşkilatlar üzrə daxilolmalar 7.1% artaraq 1 milyard 791.5 milyon manat, büdcədən maliyyələşən təşkilatlardan işləyənlər üzrə daxilolmalar 7.1% artaraq 244.3 milyon manat, qeyri-büdcə sektorundan daxilolmalar isə 17% artaraq 3 milyard 961.6 milyon manat təşkil etməlidir.
Bundan başqa, DSMF-nin büdcə gəlirlərinin digər tərkib hissələri olan sair gəlirlərin 57.5% artaraq 20 milyon manata (o cümlədən sanatoriya-kurort yollayışlarının qismən dəyəri üzrə daxilolmaların 8.3% artaraq 2.6 milyon manat), Fondun büdcəsinin balanslaşdırılması məqsədilə dövlət büdcəsinin öhdəliklərinin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən ayrılan vəsaitin isə 29.9% artaraq 1 milyard 600 milyon manat təşkil edəcəyi gözlənilir.
2025-ci ildə DSMF-nin xərclərinin də 2024-cü illə müqayisədə 10.45% çox - 7 milyard 676.4 milyon manat təşkil edəcəyi proqnozlaşdırılır. Xərclərin strukturunda əsas yeri həmişəki kimi əhaliyə ödənişlər tutacaq. Gələn il bu istiqamətdə xərclərin bu ilə nisbətən 10.5% çox - 7 milyard 408.9 milyon manat olacağı gözlənilir. O cümlədən, əmək pensiyalarının ödənilməsi xərcləri 10.5% artaraq 7 milyard 210.5 milyon manat, məcburi dövlət sosial sığorta haqları hesabına müavinət xərcləri isə 9.25% çox - 198.4 milyon manat təşkil etməlidir.
Bundan başqa, Fondun xərclərinin digər tərkib hissələri olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası xətti ilə sığortaolunanların sanatoriya-kurort müalicəsi və sağlamlaşdırma tədbirlərinin həyata keçirilməsi üzrə xərclərin 2 % artaraq 25 milyon manat, əhaliyə sosial sahədə xidmətlərin təşkili üzrə fəaliyyətinin müştərək maliyyələşdirilməsi xərcləri, eləcə də pensiya və müavinətlər üzrə bank əməliyyatlarının aparılması və sair xidmət haqları xərclərinin 10.8% artaraq 87 milyon manat, qurumun aparatının və digər struktur bölmələrinin saxlanılması xərclərinin 10.6% artaraq 149.4 milyon manat, beynəlxalq təşkilatlara üzvlük haqlarının ödənilməsi xərclərinin dəyişməyərək 0.1 milyon manat, sair xərclər isə 17.65% artaraq 6 milyon manat olacağı gözlənilir.
Chosen
39
50
oxu.az

10Sources