EN

COP29 çərçivəsində Azərbaycan və Gürcüstanın səhiyyə nazirləri arasında görüş keçirilib (FOTO)

Bakı. Trend:

BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının TərəflərKonfransının 29-cu sessiyası (COP29) çərçivəsində Azərbaycan vəGürcüstanın səhiyyə nazirlərinin görüşü baş tutub.

Trendxəbər verir ki, bu barədə Səhiyyə Nazirliyi məlumat yayıb.

Bildirilib ki, öz çıxışında Azərbaycanın səhiyyə naziri TeymurMusayev Azərbaycan və gürcü xalqları arasında mövcud olan tarixi vəmədəni əlaqələrin iki ölkə arasında münasibətlərin əsasını təşkiletdiyini vurğulayıb. Nazirin sözlərinə görə, ölkələrimizin ənənəvidostluq münasibətləri əsrlərə söykənir. Yüksək səviyyəli qarşılıqlısəfərlərin önəmini qeyd edən Teymur Musayev bildirib:

“Dövlət başçıları arasındakı dostluq əlaqələri bütün sahələrdəsıx əməkdaşlığın inkişafına və möhkəmlənməsinə əvəzsiz töhfəverir”.

Həmçinin, Azərbaycanla Gürcüstan arasında səhiyyə sahəsində dəikitərəfli əlaqələrin inkişafı üçün geniş potensialın olduğuvurğulanıb. Nazirin sözlərinə görə, ölkələrimizin ali tibbmütəxəssislərinin davamlı peşə təhsili sahəsində müasir metodiki vəelmi-praktik təcrübə mübadiləsi üçün bütün imkanlar mövcuddur.

COP29-da müzakirə olunan məsələlərin əhəmiyyətini vəaktuallığını vurğulayan Teymur Musayev qlobal səhiyyə ictimaiyyətiiqlim dəyişikliyinin təsirlərinə cavab və qlobal sağlamlıqtəhlükəsizliyinin yaxşılaşdırılmasına töhfə verməkdə mühüm rolunuqeyd edib.

Sonda Azərbaycanın səhiyyə naziri ikitərəfli əməkdaşlığın dahada inkişaf edəcəyinə əminliyini ifadə edib.

Öz növbəsində Gürcüstanın İşğal Olunmuş Ərazilərdən MəcburiKöçkün Düşənlərlə İş, Əmək, Səhiyyə və Sosial Müdafiə naziri MixeilSarcveladze dövlətlərarası əlaqələrin yüksək səviyyədə olduğunuvurğulayaraq, ölkələrimiz arasında tarixi və ənənəvi dostluqmünasibətlərinin mövcudluğunu qeyd edib.

Mixeil Sarcveladze BMT-nin İqlim Dəyişmələri üzrə ÇərçivəKonvensiyasının Tərəflər Konfransının yüksək səviyyədə təşkilolunduğunu diqqətə çatdıraraq, COP29 gündəliyinin formalaşmasındaAzərbaycanın xüsusi rolunu vurğulayıb.

Həmçinin, Azərbaycan Səhiyyə Nazirliyi ilə səmərəli əməkdaşlığınqurulmasında da maraq qeyd olunub.
Görüşdə səhiyyə sahəsində ixtisaslı kadrların hazırlanması və digərməsələlər ətrafında fikir mübadiləsi aparılıb.

COP29
COP29
Məqalədə:
Chosen
36
50
az.trend.az

10Sources