EN

Yanvar-oktyabr ayları ərzində 306 mindən çox mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb

2024-cü ilin yanvar-oktyabr ayları ərzində İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən daşınmaz əmlak üzərində 306.456 mülkiyyət hüququ qeydiyyata alınaraq çıxarışla təmin edilib. Dövlət Xidmətinin məlumatına görə, bu göstəricinin 51.502-si (16,8%) ilkin, 254.954-ü isə (83,2%) isə təkrar qeydiyyatın payına düşür.

2024-cü ilin 10 ayında fərdi yaşayış və bağ evi üzərində - 51.582, mənzil üzərində - 70.691, torpaq sahəsi – 173.315, qeyri-yaşayış binası – 2.855, qeyri-yaşayış sahəsi – 7.277, əmlak kompleksi - 688, çoxmərtəbəli yaşayış binası üzərində isə 48 mülkiyyət hüququnun dövlət qeydiyyatı aparılıb. Bu dövrdə qeydiyyata alınan mülkiyyət hüquqlarının 81.250-si Bakının, qalan hissəsi isə bölgələrin payına düşür.

Bu ilin yanvar-oktyabr ayları ərzində 231.384 texniki pasport tərtib edilib, 62.671 ipoteka müqaviləsi qeydiyyata alınıb.

Chosen
2
1
vergiler.az

2Sources