EN

Abşeron göllərinin bərpası, iqlim dayanıqlığı və davamlı su idarəçiliyi mövzusunda müzakirələr aparılıb

Bakı. Trend:

COP29 çərçivəsində Azərbaycan milli pavilyonunda “Abşerongöllərinin bərpası: İqlim dayanıqlığına və davamlı su idarəçiliyinəaparan yol” mövzusunda müzakirələr təşkil olunub.

Trend xəbər verir ki,tədbirdə Asiya İnkişaf Bankının ölkə ofisinin direktoru, ekologiyavə təbii sərvətlər nazirinin müavini, Dünya Bankı və"Witteveen+Bos" şirkətinin təmsilçiləri, “Təmiz Şəhər” ASC vəaidiyyəti qurumların nümayəndələri iştirak edib.

Məqsəd Abşeron göllərinin bərpası üzrə milli səylərin beynəlxalqdəstəyini gücləndirmək və layihələrin qlobal ekoloji məqsədlərətöhfəsini daha geniş şəkildə tanıtmaqdır.

Toplantıda Abşeron göllərinin ekoloji vəziyyətininyaxşılaşdırılması üzrə görülmüş işlər və gələcək planlar təqdimedilib, göllərin reabilitasiyasının "Dayanıqlı İnkişafMəqsədləri"nə nail olunması sahəsində əhəmiyyəti vurğulanıb.

Böyükşor gölünün bərpası layihəsinin 2-ci mərhələsi və Zığgölünün bərpası layihəsi çərçivəsində planlanan işlər barədəməlumat verilib, göllərin şəhər həyatında oynadığı vacib rol qeydolunub.

Bakı şəhərinin 2040-cı ilə qədər Baş Planına uyğun olaraqhazırlanan Abşeron göllərinin bərpası layihələri ekspertlərtərəfindən şəhərin davamlı inkişafının və ekoloji mühitinintəkmilləşdirilməsinin mühüm tərkib hissəsi kimiqiymətləndirilib.

Göllərin bərpası, geniş yaşıllıq ərazilərinin yaradılması və suehtiyatlarının effektiv idarə edilməsi layihələri Bakı şəhərininiqlim dayanıqlığını artırmaq və ətraf mühitin qorunmasını təminetmək üçün əsas prioritetlərdən biri olaraq mühüm addım kimidəyərləndirilib.

Chosen
27
5
az.trend.az

6Sources