EN

Növbəti il sosial müdafiə və sosial təminat xərclərinə ayrılacaq vəsait açıqlanıb

2025-ci ilin dövlət büdcəsinin layihəsində sosial müdafiə və sosial təminat xərcləri üçün 4 milyard 811 milyon manat vəsait proqnozlaşdırılıb.

Bu Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcə zərfində qeyd edilib.

Bu da 2024-cü illə müqayisədə 420,3 milyon manat və ya 9,6 faiz, 2023-cü ilin icrası ilə müqayisədə isə 530,3 milyon manat və ya 12,4 faiz çoxdur.

Bildirilib ki, sosial müdafiə və sosial təminat xərclərinin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 11,6 faiz (2024-cü ilə müqayisədə 0,6 faiz-bənd çox), ÜDM-də xüsusi çəkisi 3,7 faiz (2024-cü illə müqayisədə 0,1 faiz-bənd çox) təşkil edəcəkdir.

2021-ci illə müqayisədə bu xərclərin dövlət büdcəsi xərclərinin tərkibində xüsusi çəkisi 0,1 faiz-bənd, mütləq ifadədə isə 1647,6 milyon manat və ya 1,5 dəfə çoxdur.

Chosen
18
2
azpolitika.info

3Sources