EN

Bu virus geniş YAYLIR: Ölənlərin sayı ARTIR

Banqladeşdə ilin əvvəlindən bəri "Denq" qızdırması səbəbindən ölənlərin sayı 415-ə yüksəlib.

"Operativ Məlumat Mərkəzi-OMM" ölkənin səhiyyə nazirliyinə istinadən xəbər verir ki, son 24 saat ərzində 8 nəfər qızdırmadan ölüb, 1389 xəstə xəstəxanalara çatdırılıb.

"Denq" xəstəliyinin əsas mənbəyi Dəkkə və onun ətrafındadır. Xəstəliyin əlamətləri olan 4035 xəstə ölkə üzrə xəstəxanalarda müalicə olunur.

2024-cü il yanvarın 1-dən Banqladeşdə 79 984 "Denq" xəstəliyinə yoluxma halı qeydə alınıb.

"Denq" xəstəliyi ölkədə iyundan sentyabr ayına qədər musson mövsümündə yayılır.

Chosen
22
operativmm.az

1Sources