EN

Mask onunla birləşib ABŞ-ın "altını üstünə çevirəcək"

Birləşmiş Ştatların Hökumətin Səmərəliliyi Departamenti dövlət xərclərini azaltmağa hazırlaşır və bəzi departamentlər bağlanacaq.

Publika.az xəbər verir ki, müvafiq bəyanatla İlon Maskla birlikdə yeni departamentə rəhbərlik edəcək amerikalı iş adamı Vivek Ramasvami çıxış edib.

"Biz bəzi agentliklərin tamamilə bağlanacağını, federal hökumətdə böyük ixtisarların olacağını gözləyirik", - Ramasvami "Fox News"a deyib.

O, federal podratçılar, həmçinin federal hökumətin çox böyük hesablar aldığı şəxslər arasında kütləvi ixtisarların gözlənildiyini vurğulayıb. Ramasvami deyib ki, insanlar dəyişikliklərin sürətindən təəccüblənəcəklər.

O əlavə edib ki, bəzi departamentlər Vaşinqtondan başqa şəhərlərə köçürüləcək.

Chosen
23
publika.az

1Sources