EN

Azərbaycanda minimum pensiyanın məbləği ARTIRILIR

Azərbaycanda gələn il minimum pensiya məbləği açıqlanıb.

News24.az xəbər verir ki, “Hesablama Palatasının Azərbaycan Respublikasının 2025-ci il dövlət büdcəsi haqqında” qanun layihəsində minimum pensiya məbləğinin 280 manat olacağı qeyd olunub.

Bildirilir ki, 2025-ci il üzrə proqnozlara əsasən, minimum pensiya məbləğinin minimum əməkhaqqı məbləğinə (400 manat) nisbətinin 70 faiz olacağı nəzərdə tutulur.

Maliyyə naziri Samir Şərifov da bildirib ki, gələn il Azərbaycanda minimum pensiya məbləğinin 280 manat olacağı nəzərdə tutulur. “Sosial təminat xərcləri üçün dövlət büdcəsindən 4 milyard 812 milyon manat vəsait nəzərdə tutulub. Bu da 9.6% artım deməkdir”, - deyə nazir qeyd edib.


Chosen
31
48
news24.az

10Sources