EN

Qubad İbadoğlu: "Azərbaycanda neft gəlirləri çox sürətlə tükənir"

Məqalə barədə məlumatMüəllif, Aygül MehmanVəzifə, BBC News Azərbaycanca,Bakı

İqtisadçı-alim, London İqtisad Məktəbinin professoru, Azərbaycanda ev həbsində olan Qubad İbadoğlu ilə müxbirimiz Aygül Mehman söhbətləşib.

Professor BBC News Azərbaycancaya sağlamlıq vəziyyətindən, Azərbaycan neftinin sürətlə tükənməsindən, özünün ev həbsindən, eləcə də Azərbaycanın inkişafının asılı olduğu bəzi səbəblərdən danışıb.

Qubad İbadoğlu bildirib ki, hazırda Azərbaycanın enerji balansında "bərpa olunan enerjinin sayı cəmi 1,3 faizdir". Onun sözlərinə görə, bu göstərici hətta sovet dönəmindəki rəqəmlərdən də aşağıdır.

"Hazırda təxminən 70 faizin üzərində qazdır, haradasa 28 faizdən də yuxarı neftdir. Azərbaycan üçün də, dünya üçün də enerji keçidini sürətləndirmək çox vacibdir. Amma mən bilirəm ki, indi Azərbaycan üçün ənənəvi enerji resurslarından imtina etmək elə iqtisadi intihara bərabər bir şeydir.

Çünki ölkənin ixracatı ondan asılıdır, büdcə gəlirləri onun üzərində formalaşıb, ÜDM-nin demək olar ki, 1/3-dən çoxu məhz bu sektorda yaranır. Amma məsələ bundan ibarətdir ki, biz onsuz da azalan neft hasilatının qarşısını ala bilməyəcəyik", - deyə professor qeyd edib.

Qubad İbadoğlu müsahibəsində, həmçinin bildirib ki, həbs olunduğu müddətdə o, təcridxanadakı şəraitdən qaynaqlanan yeni xəstəliklər də tapıb.

Professorun təbirincə, hazırda onun üçün "ən vacib amil səhhətidir".

Müsahibəyə YouTube kanalımızda baxın.

Chosen
12
bbc.com

1Sources