EN

Azərbaycanlı hakim “Benfika”nın oyununa təyinat aldı

Azərbaycanın beynəlxalq dərəcəli hakimi Zaur Hacıyev Avropa Voleybol Konfederasiyasından (CEV) yeni təyinat alıb.

İdmanxeber.az-ın məlumata görə, o, CEV kubokunun 1/16 final mərhələsində Sloveniyanın “Kalsit KAMNIK” və Portuqaliyanın “Benfika” komandaları arasında keçiriləcək cavab qarşılaşmasında ikinci hakim olacaq.

Görüşün birinci hakimi isə Bosniya və herseqovinalı Jasmin Huseynoviçdir.

Qeyd edək ki, görüş noyabrın 19-da Sloveniyanın Kamnik şəhərində oynanılacaq. İlk matçda Portuqaliya təmsilçisi 3:0 hesabı ilə qalib gəlib.

Chosen
2
1
idmanxeber.az

2Sources