EN

Əsgərliyə getməkdən yayınmaq istədi, həbs olundu

Azərbaycanda hərbi xidmətdən yayınan çağırışçı həbs edilib.

Musavat.com qafqazinfo.az-a istinadən xəbər verir ki, 19 yaşlı Ramin Osmanov (ad-soyad şərti) iki ardıcıl çağırışda xidmət keçməkdən boyun qaçırıb.

Osmanov 2024-cü ilin yanvarında hərbi xidmətə getmək üçün Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai rayon idarəsinin çağırış komissiyası tərəfindən tibbi müayinədən keçirilərək hərbi xidmətə yararlı hesab edilib. O, müddətli həqiqi hərbi xidmət keçmək üçün Dövlət Xidmətinin rəisinin sərəncamı ilə Müdafiə Nazirliyinin N saylı hərbi birləşməsinə təyin olunub.

Çağırışçı hərbi birləşməyə getmək üçün Dövlət Xidmətinin Xətai rayon idarəsinə gəlib, lakin hərbi xidmət keçməkdən boyun qaçırmaq məqsədilə əvvəlcə ağrıyan dişlərinin müalicə etdirməsinin zəruri olduğunu, sonra isə telefon vasitəsilə anası ilə danışmasını bəhanə gətirərək həmin ünvandan uzaqlaşıb.

Gənc bundan sonra hərbi xidmətdən yayınmaq üçün növbəti dəfə eyni addımı atıb.

Bu səbəbdən onun barəsində Xətai Rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 321.1-ci (hərbi xidmət keçməkdən boyun qaçırma) maddəsi ilə cinayət işi başlanıb.

Osmanovun işi Xətai Rayon Məhkəməsində araşdırılıb. Ona 1000 manat məbləğində cərimə cəzası kəsilib. Amma ittiham tərəfi hərbi xidmət keçmək istəməyən müttəhimin sərbəst qalması ilə razılaşmayıb.

Hökmdən verilmiş protesti Bakı Apellyasiya Məhkəməsi təmin edib. Qərara əsasən, birinci instansiya məhkəməsinin hökmü ləğv edilib. Osmanov 1 il müddətinə azadlıqdan məhrum edilərək məhkəmə zalındaca həbs edilib.

Chosen
52
32
musavat.com

10Sources