EN

Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 77 mln. manat ayrılacaq

Əhalinin özünüməşğulluğunun təmin olunması üçün 2025-ci ildə 77 mln. manat vəsaitin ayrılması proqnozlaşdırılır.

Valyuta.az xəbər verir ki, bu, 2025-ci il üçün büdcə zərfində əksini tapıb.

Bu da 2024-cü ilin təsdiq edilmiş göstəricisindən 3,5 min.manat və ya 5 faiz azdır.

Növbəti ildə əhalinin özünüməşğulluğunun təmin olunması məqsədilə 8 500 nəfərin təlimlərə cəlb olunması, mövcud zərflərin tərkibinin optimallaşdırılması ilə yeni müasir zərflərin tətbiqi nəzərdə tutulur.

Chosen
1
3
valyuta.az

4Sources