EN

"ABŞ-nin bu qərarı sülhə təhlükədir"

ABŞ-nin Ukrayna Silahlı Qüvvələrinə Qərbin uzaqmənzilli silahları ilə Rusiyanın dərinliklərində zərbə endirməsinə icazə verməsi dünya üçün təhlükə yaradır.

"Operativ Məlumat Mərkəzi-OMM" TASS-a istinadən xəbər verir ki, bu sözləri Serbiyanın baş nazirinin müavini Aleksandr Vulin bildirib.

Onun sözlərinə görə, əgər bu qərar rəsmi olaraq üçüncü dünya müharibəsinə başlamaq üçün verilibsə, bu yanlış vaxtda verilib.

Xatırladaq ki, Bayden ilk dəfə olaraq Ukraynanın Rusiya ərazisində uzaqmənzilli ATACMS raketlərinin istifadəsinə icazə verib.

Bu qərar Rusiyanın Kursk bölgəsində hərbi əməliyyatlarda iştirak etmək üçün Şimali Koreyadan qoşun cəlb etməsi fonunda qəbul edilib.

Chosen
26
operativmm.az

1Sources