EN

"Yaşıl Gələcək naminə insan kapitalının inkişaf etdirilməsi" -Yaşıl Zonada tədbir

Bakıda COP29 çərçivəsində Yaşıl Zonada "Yaşıl gələcək naminə insan kapitalının artırılması" mövzusunda tədbir keçirilib. Tədbirin moderatorluğu KPMG-nin Qlobal Dekarbonizasiya Mərkəzinin meneceri Avery Johnstone tərəfindən aparılıb.

Finlandiyanın sabiq Prezidenti Tarya Halonen, UNICEF-in Avropa və Mərkəzi Asiya üzrə İqlim Dəyişikliyi üzrə Regional müşaviri Maria Osbeck, Milli Məclisin deputatı, ADA Universitetinin prorektoru, İnkişaf və Diplomatiya İnstitutunun direktoru Fariz İsmayılzadə, “NEQSOL Holding Azerbaijan”ın rəhbəri İmran Əhmədzadə çıxış ediblər.

Tədbirdə insan kapitalı, xüsusilə uşaqlar və gənclərin dayanıqlı və aşağı karbonlu gələcəyin qurulması xüsusunda həlledici rolunu vurğulanıb. İqlim dəyişmələri bənzərsiz çətinliklərə səbəb olduğu üçün yeni nəslin zəruri bilik və bacarıqlar, yaşıl düşüncə ilə böyüdülməsi innovativ həllər və dayanıqlı iqtisadiyyatın inkişafına təkan vermək baxımından vacibliyi bildirilib.

Qeyd olunub ki, təhsil və potensialın artırılmasına diqqət yetirərək, gənc nəslin dayanıqlı gələcəyə töhfə verməsinə, həmçinin yaşıl inkişafa yön verməsinə hazır olmaları təmin edilə bilər.

Tədbirdə BMT, akademik dairələr və aparıcı beyin mərkəzlərinin nümayəndələrinin də daxil olduğu iştirakçılar yaşıl bacarıqların inkişafı, yaşıl iş imkanlarının yaradılması və dayanıqlı, inklüziv bir gələcək üçün insan kapitalının artırılması məqsədilə hökumət, təşkilat və özəl sektorlar arasında əməkdaşlığın gücləndirilməsi strategiyalarını müzakirə ediblər.

Orxan Vahidoğlu, “İki sahil”

Chosen
40
ikisahil.az

1Sources