EN

COP29-da "Liverpul"un nümayəndəsi seminar keçdi -

Bakıda BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində "Meydandan kənar: "Liverpul" Futbol Klubundan 5 Strateji Dayanıqlılıq Dərsi" mövzusunda seminar keçirilib.Metbuat.az xəbər verir ki, tədbirdə "Liverpul"un İctimai təsir üzrə direktoru Rişi Jain iştirakçılara inqilabi "The Red Way" strategiyası vasitəsilə idman və dayanıqlılıq sahəsində lider olmağın yollarını izah edib. O, klubun dayanıqlılıq yolundakı beş əsas dərsini iştirakçılarla bölüşüb.Bildirilib ki, bu dərslərə başlanğıc addımları atmaq, dəyişikliyin həyata keçirilməsi və tərəqqinin izlənməsi, ünsiyyət, həmkarları və azarkeşləri cəlb etmək, həm təsir yaradan, həm də kommersiya baxımından böyüməni təşviq edən tərəfdaşlıqlar qurmaq, davamlı liderlik nümayiş etdirmək kimi əsas strategiyalar daxildir.İqlimlə bağlı mövzularda daim həssas davranan, inkişaf edən və hazırda dünya futbolunda dayanıqlılıq lideri olan “Liverpul”un meydandan kənarda dəyişikliyi necə irəli sürdüyü, yalnız idman deyil, sosial məsuliyyət sahəsində də müxtəlif layihələr həyata keçirdiyi vurğulanıb. Dünyanın ən çox izlənən futbol komandasının davamlılıq, bərabərlik, müxtəliflik və inklüzivliyin inkişafında əsas fiquru hesab edilən R.Jain bu layihələrin həm yerli, həm də qlobal icmaların rifahını yaxşılaşdırmaq baxımından əhəmiyyətindən danışıb.

Nəticədə iştirakçılar interaktiv seminarda praktik məlumatlara yiyələnib, öz təşkilatlarında tətbiq edə biləcəkləri konkret addımlar barədə informasiya əldə ediblər.

Chosen
24
3
metbuat.az

4Sources