EN

Almaniyadan viza qərarı: 1,3 milyon işçi çatışmazlığı var, yeni sistem tətbiq olunur

Yeni bal sistemi Aİ vətəndaşı olmayan əcnəbilərin Almaniyanın əmək bazarına daxil olmasını və ailələrini özləri ilə gətirmələrini asanlaşdıracaq

Almaniya işçi qüvvəsi çatışmazlığını aradan qaldırmaq üçün iş vizası tələblərini yüngülləşdirdi. 2024-cü ildə iş vizalarının sayı 10 faizdən çox artıb. Açıq iş yerlərinin sayı 1 milyonu keçsə də, ən azı 200 mindən çox insana iş vizası veriləcəyi gözlənilir. Mühacirlərin ölkəyə girişini asanlaşdırmaq üçün bal sistemi tətbiq edilir.
Sherg.az xəbər verir ki,  ötən il əmək miqrasiyası ilə bağlı qaydalar liberallaşdırılıb və 1,34 milyon iş yeri yaradılıb.

Bacarıqlı işçilər və mütəxəssislər cəlb etmək istəyən Almaniya iş vizası ilə ölkədəki işçi çatışmazlığını aradan qaldırmağı hədəfləyir.

Kanadadan ilhamlanan bal əsaslı sistemlə 200 min peşəkar vizanın veriləcəyi gözlənilir.

Tələbə vizaları 20 faiz, şagirdlik vizaları isə iki dəfə artıb. Bildirilib ki, xarici ixtisasların tanınması təxminən 50 faiz artıb.

Yeni bal sistemi Aİ vətəndaşı olmayan əcnəbilərin Almaniyanın əmək bazarına daxil olmasını və ailələrini özləri ilə gətirmələrini asanlaşdıracaq.

Ballar toplanarkən alman dili biliyi, peşə təcrübəsi və yaş kimi kriteriyalar nəzərə alınacaq.

Almaniyada məşğulluq son 5 ildə 1,6 milyon artdığı halda, bu məşğulluğun yüzdə 89-unun əcnəbilərə aid olduğu ifadə edilir.
Chosen
16
1
sherg.az

3Sources