EN

DGK sədri: "Tam rəqəmsallaşdırılmış proseslərlə sənədsiz əməliyyatların sayını artırmağı hədəfləyirik"

Azərbaycan tam avtomatlaşdırılmış və rəqəmsallaşdırılmış proseslərlə sənədsiz əməliyyatların sayını artırmağı hədəfləyir.

"Report" xəbər verir ki, bu barədə Dövlət Gömrük Komitəsinin (DGK) sədri Şahin Bağırov BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının Tərəflər Konfransının 29-cu sessiyası (COP29) çərçivəsində keçirilən "Yaşıl Gömrüklər: Davamlı ticarətin asanlaşdırılması, innovasiya və standartlarla inkişafı" adlı tədbirdə deyib.

O bildirib ki, DGK xarici maraqlı tərəflərlə birgə koordinasiyalı şəkildə digər dövlət qurumları və beynəlxalq təşkilatlar kimi əsas qruplarla davamlı əməkdaşlıq edərək Yaşıl Gömrük Təşəbbüsünü dəstəkləyir: "Biz, həmçinin yaşıl siyasət tədbirlərinin inkişafına yönəlmiş bir sıra fəaliyyət planlarının həyata keçirilməsi üzərində işləyirik. Bu tədbirlər 2025-2030-cu illər üçün Gömrüyün Strategiya Planında öz əksini tapıb. Bizim əsas prioritetlərimizə gömrük əməliyyatlarında enerjiyə qənaət edən texnologiyaların və təcrübələrin tətbiqi, ekoloji cəhətdən həssas malların qeyri-qanuni ticarətinin qarşısının alınması üçün beynəlxalq təşkilatlarla əməkdaşlıq, gömrük işçilərinin ekoloji pozuntuların aşkar edilməsi və onlarla mübarizə imkanlarının artırılması, ətraf mühitin fəaliyyətini yaxşılaşdırmaq üçün yeni texnologiyaların, üsulların araşdırılmasına və inkişafına sərmayə yatırmaq daxildir”.

O qeyd edib ki, bu məqsədlər gömrük idarəçiliyinə təkcə qanuni ticarəti asanlaşdırmaq üçün deyil, həm də ətraf mühiti qorumaq və davamlı inkişafı təşviq etmək üçün qlobal səylərə töhfə vermək imkanı verir.

Chosen
14
report.az

1Sources